İsrail Livanı vurdu – Hizbullah komandiri ÖLDÜbackend

İsrail Livanı vurdu - Hizbullah komandiri ÖLDÜ

İsrail ordusu bu gün Livanın paytaxtı Beyruta ağır zərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Zərbələr nəticəsində Hizbullah əməliyyatlarının komandiri İbrahim Aqilin öldürüldüyü bildirilir.

Livanın Səhiyyə Nazirliyi zərbə nəticəsində 12 nəfərin öldüyünü, 66 nəfərin yaralandığını bildirib.

İDF-nin məlumatına görə, Livan qruplaşmasının tərkibindəki xüsusi bölmə olan Əl-Həcc Radvan Qüvvələrinə aid digər yüksək səviyyəli Hizbullah liderləri də zərbə zamanı öldürülüb.

Aqil Hizbullahın hərbi əməliyyatlarına rəhbərlik edirdi. O, 1983-cü ildə Beyrutdakı ABŞ səfirliyinə (burada 63 nəfər həlak olmuşdu) və Beyrutdakı Amerika və Fransa əsgərlərinin kazarmalarına (o zaman 307 nəfər həlak olmuşdu) hücumlarda iştirakı ilə tanınır.

2019-cu ildə ABŞ onu terrorçular siyahısına daxil edib və 2023-cü ildə Amerika Dövlət Departamenti onun harada olduğu barədə məlumat üçün 7 milyon dollar ödəyəcəyini açıqlayıbş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*