İsrail müdafiə büdcəsini 12,5 milyard dollar artırırbackend

İsrail müdafiə büdcəsini 12,5 milyard dollar artırır

İsrail Qəzza zolağındakı müharibə və regionda artan gərginlik fonunda müdafiə büdcəsini əlavə 12,5 milyard dollar artırır.

KONKRET.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Yenidən ayrılan vəsait İsrail ordusuna silah tədarükü üzrə təcili müqavilələri davam etdirməyə və müharibə səbəbilə tükənmiş ehtiyatları bərpa etməyə imkan verəcək. Nəşr qeyd edir ki, qərar həm də İranla münasibətlərdə gərginliyin artması və Yəməndəki husilərlə toqquşmaların mümkünlüyü fonunda verilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*