İsrail Müdafiə Ordusu (IDF) bir müddət əvvəl ölkənin silahlı qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə zərbə endirdiyini təsdiqləyib.
KONKRET.az ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zərbə Dəməşq bölgəsində Suriya Silahlı Qüvvələrinin Baş Qərargah kompleksinə endirilib.
“İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir. Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail Silahlı Qüvvələri bu bölgəyə zərbələr endirir və hadisələrin inkişafı ilə bağlı müxtəlif ssenarilərə hazırdır”, – mətbuat xidməti qeyd edib.