İsrailin Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS-ın möhkəmləndirilmiş mövqelərinə genişmiqyaslı zərbə endirdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Son gün ərzində 98-ci diviziyanın qoşunları “II Gideonun döyüş arabaları” əməliyyatı çərçivəsində şəhərin mərkəzində quru əməliyyatlarına başlayıb. Qurumun teleqram kanalında qeyd olunub ki, hərbçilər aviasiya və donanmanın dəstəyi ilə əməliyyat aparır.
Bildirilir ki, əməliyyat zamanı onlarla terrorçu infrastruktur obyekti, o cümlədən İsrail hərbçilərinə zərər vurmaq üçün nəzərdə tutulan hərbi obyektlər, müşahidə mövqeləri və minalanmış binalar vurulub.