İsrail Ordusu HƏMAS-ın daha bir komandirini məhv etdibackend

İsrail Ordusu HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail Müdafiə Ordusu HƏMAS-ın komandirlərindən biri olan İbrahim Əbu Məqsibi zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, o, HƏMAS-ın tank əleyhinə raket bölməsinin komandiri olub.

Xatırladaq ki, noyabrın 6-da HƏMAS-ın daha 2 rəhbər şəxsi zərərsizləşdirilmişdi. Onlar qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh Camal Musa və Deyr əl-Bəlah batalyonunun adı açıqlanmayan komandiri olub.

HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*