İsrail ordusu Qəzzada döyüşləri bərpa etdibackend

İsrail ordusu Qəzzada döyüşləri bərpa etdi

İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyatların bərpa olunduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusu X sosial şəbəkəsində bəyanat yayıb.

Bəyanatda fələstinlilərin İsrail ərazisinə atəş açdığı bildirilib və HƏMAS atəşkəsi pozmaqda ittiham edilib. Bundan əvvəl Amerika mediası İsrail və HƏMAS-ın atəşkəsi daha bir gün uzatmaq barədə razılığa gəldiyini yazmışdı.

Qeyd olunub ki, tərəflər daha 10 girovun azad edilməsi ilə bağlı razılaşıblar.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*