İsrail ordusu Qəzzanın işğal planını təsdiqlədibackend

İsrail ordusu Qəzzanın işğal planını təsdiqlədi

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzzaya hücum planlarını təsdiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Zamir bir sıra hərbi komandirlərin və kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirakı ilə əməliyyat müşavirəsi keçirib və o, ordunun Qəzzada fəaliyyət planının ümumi çərçivəsini təsdiqləyib”, – məlumatda qeyd olunub.

Məlumata görə, Qəzzada əməliyyatın sonrakı mərhələləri üçün planın mərkəzi konsepsiyası İsrail siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq təqdim və təsdiq edilib.

Baş Qərargah rəisi qoşunların hazırlığının artırılmasının və ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırışına hazırlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, avqustun 8-də İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun Qəzzanın bütün ərazisinə nəzarəti ələ keçirmək üçün təklif etdiyi planı təsdiqləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*