İsrail ordusu Qəzza sektorunda bütün mövcud müntəzəm piyada və zirehli briqadalarını yerləşdirib.
KONKRET.az xəbər verir ki, mənbənin məlumatına görə, İsrail HƏMAS-a qarşı hücumu daha da gücləndirməyə hazırlaşır.
Əvvəlcə İsrail Müdafiə Qüvvələri (ÇAKAL) bildirmişdi ki, Qəzza əməliyyatında beş diviziya – on minlərlə hərbçi iştirak edir.
İsrail rəsmiləri xəbərdarlıq edirlər ki, HƏMAS girovlarla bağlı razılığa gəlmədikcə, ordu qruplaşmaya hərbi təzyiqi artıracaq.
Natiq Səlim,
KONKRET.az