İsrail ordusu Sənaya hava zərbələri endirdibackend

İsrail ordusu Sənaya hava zərbələri endirdi

Bu gün İsrail Ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Sənada partlayışlar baş verib.

Yəməndə husilərə bağlı media qurumları İsrailin Sənaya hava hücumunda neft anbarını hədəfə aldığını açıqlayıb.

“Maariv” agentliyi isə Hodeyda və Sənada partlayışların olduğu barədə məlumat yayıb.

Bu arada “The Times of Israel” Israil Ordusuna istinadən avqustun 25-də Yəməndəki husi qruplaşmasının ilk dəfə İsrailə kaset bomba başlıqlı ballistik raketlə zərbə endirdiyi barədə məlumat yayıb. Raket Cinaton şəhərində evə düşüb və dağıntıya yol açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*