İsrail Müdafiə Ordusu (CAXAL) bu gün Suriyanın Səvayda şəhəri yaxınlığında hökumət qüvvələrinə məxsus tanklara və hərbi texnikaya endirilmiş hava zərbələrinin videogörüntülərini yayımlayıb.
KONKRET.az xəbər verir ki, eyni zamanda, CAXAL şəhər ətrafında əməliyyatlarını davam etdirir. Galatz hərbi radiosuna açıqlama verən təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib ki, İsrail ordusu aşkar etdiyi hər bir tank, zirehli texnika və pulemyot quraşdırılmış pikaplara zərbələr endirir.
Bundan əlavə, Səvaydaya yardım qüvvələrinin çatmasının qarşısını almaq məqsədilə əsas yolların bağlandığı da vurğulanıb.
Natiq Səlim,
KONKRET.az