İsrail rus bazası yaxınlığındakı limanı vurdubackend

İsrail rus bazası yaxınlığındakı limanı vurdu

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Latakiya limanına aviazərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

“Bu gün saat 3:21-də (Bakı vaxtı ilə saat 5:21) İsrail Aralıq dənizindən Latakiya şəhərinin qərbindəki ticarət limanının konteyner meydanına havadan raket zərbəsi endirib”, – məlumatda qeyd olunub.

Zərbələrdən sonra ərazidə yanğın başlayıb, böyük ölçüdə maddi ziyanın dəydiyi bildirilir.

Qeyd edək ki, Latakiya limanı Rusiya hərbi bazasının olduğu Hmeymimin yaxınlığında yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*