İsrail tankı Qəzzada belə VURULDU – ANBAAN GÖRÜNTÜLƏRbackend

İsrail tankı Qəzzada belə VURULDU – ANBAAN GÖRÜNTÜLƏR

Bu gün səhər saatlarında Qəzza zolağının şimalında baş verən döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) 401-ci zirehli briqadasının 52-ci batalyonunun tank komandiri ağır yaralanıb.

KONKRET.az xəbər verir ki, yaralı komandir dərhal xəstəxanaya çatdırılıb, ailəsinə məlumat verilib.

Hərbi komandanlığın yaydığı başqa bir məlumata görə, Qəzzanın cənubunda aparılan əməliyyat zamanı baş vermiş qranat partlayışı nəticəsində bir əsgər də yüngül yaralanıb.

Qəzzada döyüşlərin intensivləşdiyi bir vaxtda SAXAL qüvvələrinin bölgədə hərbi əməliyyatları davam edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*