İsrail Təbriz yaxınlığında SEPAH obyektinə zərbə endirdi – Kadrlarda azərbaycanca danışıq eşidilir (VİDEO)backend

İsrail Təbriz yaxınlığında SEPAH obyektinə zərbə endirdi – Kadrlarda azərbaycanca danışıq eşidilir (VİDEO)

İsrail Hərbi Hava Qüvvələri İranın Təbriz şəhəri yaxınlığında yerləşən SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus hərbi obyektə hava zərbəsi endirib.

KONKRET.az xəbər verir ki, yayılan kadrlarda arxa planda azərbaycanca “SEPAHı vurdu” ifadəsi eşidilir. Bu, hücumun azərbaycanlıların sıx yaşadığı bölgədə həyata keçirildiyini göstərir.

Zərbə nəticəsində obyektə ciddi ziyan dəydiyi bildirilir, lakin İran tərəfi hələlik rəsmi açıqlama verməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*