İsrail təkcə HƏMAS-ı deyil, digər Fələstin qruplarını da məhv etməyi planlaşdırırbackend

İsrail təkcə HƏMAS-ı deyil, digər Fələstin qruplarını da məhv etməyi planlaşdırır

İsrail ordusu HƏMAS hərəkatının məhv edilməsindən sonra döyüşləri dayandırmayacaq, çünki onlar bölgədə fəaliyyət göstərən digər fələstinli qrupları da zərərsizləşdirməyi planlaşdırırlar.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyatda olan sözçüsü Conatan Konrikus brifinqdə bildirib.

“Məqsədimiz Qəzzada İsrail mülki əhalisinə təhlükə yarada biləcək hərbi infrastrukturun olmamasına əmin olmaqdır. Bura HƏMAS, İslami Cihad, Xalq Müqavimət Komitələri, Fələstin Azadlıq Cəbhəsi və bir neçə başqa təşkilat daxildir”, – Konrikus deyib.

“Biz əmin olmalıyıq ki, israilliləri təhdid edə biləcək heç bir hərbi struktur yoxdur. Hədəfimiz, əlbəttə ki, Həmasdır, lakin bizim əməliyyatlarımız onlarla məhdudlaşmır. Oktyabrın 7-dən biz İslami Cihadın yaraqlıları döyüşür və onları uğurla məhv edirik”, – deyə Konrikus əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*