İsrail hakimiyyəti Türkiyədən Qəzza zolağındakı humanitar ehtiyaclar üçün göndərilən un kisələrini qəbul etməyərək zibilliyə atıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb və məsələ ilə bağlı kadrlar da ictimaiyyətə təqdim olunub. Kadrlarda yardımların ordu nəzarəti altında zibil sahəsinə boşaldıldığı açıq şəkildə görünür.
Türkiyədən göndərilən yardımın içərisində əsasən un və digər ərzaq məhsulları olub. Bu yardımlar Qəzzada aclıq və ərzaq qıtlığı ilə mübarizə aparan mülki əhaliyə yönəldilmişdi.
Hadisə Türkiyə ictimaiyyətində və sosial mediada ciddi narazılıq yaradıb. Rəsmi Ankaradan hələlik bu məsələ ilə bağlı açıqlama verilməyib.
Müşviq Tofiqoğlu,
KONKRET.az