“Açıq şəkildə bildirmək istəyirəm ki, İsrailin Türkiyəyə qarşı heç bir planı yoxdur”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq deyib.
Dövlət başçısı qeyd edib ki, onun Türkiyə xalqına böyük hörməti var:
“Bizim Türkiyə xalqına hörmətimiz sonsuzdur. Onların da İsrail xalqına böyük hörməti var. Türk xalqı böyük tarixə və mədəniyyətə malik xalqdır”.
Xatırladaq ki, bir neçə gün əvvəl prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq.
Məlik,
KONKRET.az