İsrail və HƏMAS arasında atəşkəs daha iki gün uzadılacaq – KİVbackend

İsrail və HƏMAS arasında atəşkəs daha iki gün uzadılacaq - KİV

İsrail və Həmas arasındakı atəşkəs daha iki gün uzadılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti Sky News Arabia telekanalına istinadən məlumat yayıb.

Bildirilir ki, Qətərlə Misirin vasitəçiliyi ilə Həmas və İsrail Qəzza zolağında dörd günlük humanitar atəşkəsin müddətini daha iki gün uzatmağa razılaşıblar.

“Həmas ilə atəşkəs daha iki gün uzadılacaq”, – telekanal bildirib.

Qeyd edək ki, tərəflər Qətərin vasitəçiliyi ilə ilk genişmiqyaslı razılaşmaya noyabrın 22-də nail olublar. Hər iki tərəf dörd gün ərzində hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*