İsrailin xarici işlər naziri Eli Koen yerli mediaya müsahibəsində ölkənin şimalında Hizbullahla qarşıdurmanı şərh edib.
KONKRET.az xəbər verir ki, Koen BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına çalışacaq İsrail-Fransa qrupunun yaradıldığını elan edib.
O bildirib ki, 1701 saylı qətnamənin yerinə yetirilməməsi Livanda müharibəyə səbəb ola bilər
“Nəsrullaha (Şeyx Nəsrullah – Livan Hizbullah hərəkatının lideri – red.) Qəzzada baş verənlərə nəzər salmağı məsləhət görürəm. Çünki Beyrut Qəzzaya çevrilə bilər. Bu, Livanı və bütün regionu risk altında qoyur. Biz şimal sərhədində təhlükəsizliyi bərpa etməyə və Hizbullahı sıxışdırmağa sadiqik. Onlar sərhəddən qismən uzaqlaşıblar, lakin bununla kifayətlənməyimiz mümkün deyil”.
Burhan,
KONKRET.az