İsraildə 24 yaşlı qız terrorun qurbanı oldubackend

İsraildə 24 yaşlı qız terrorun qurbanı oldu

Qüdsün girişində açılan atəş nəticəsində 24 yaşlı qız həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 24 yaşlı qız həlak olub, daha üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti yüngüldür. Hücumun qurbanlarından beşi ağır vəziyyətdə Şaare Zedek və Hadassah Ein Kerem xəstəxanalarına aparılıb.

Qeyd edək ki, atışma Qüdsün girişi yaxınlığındakı avtobus dayanacağında baş verib. İsrailin təcili tibbi yardım xidməti Magen David Adom (“Davidin Qırmızı Qalxanı”) terror aktı nəticəsində 7 nəfərin yaralandığını bildirib. İsrail polisinin məlumatına görə, noyabrın 30-da səhər saatlarında iki terrorçu ölkə paytaxtının girişindəki avtobus dayanacağına atəş açıb. Onların hamısı artıq zərərsizləşdirilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*