İsrailin Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi virusunun yeni, daha aqressiv ştamına ilk yoluxma halının aşkarlandığını açıqlayıb.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Newsru.co.il məlumat yayıb.
Məlumata görə, xəstə bu yaxınlarda epidemiya qeydə alınan Birləşmiş Ərəb Əmirliklərindən gəlib.
Yeni ştam son zamanlar ilkin epidemiya bölgələrindən kənara, o cümlədən bir neçə Qərb ölkəsinə də yayılıb.
Səhiyyə rəsmiləri mövcud meymunçiçəyi peyvəndlərinin yeni ştama qarşı təsirli olduğunu və xəstəliyin ağırlaşma hallarından qoruya biləcəyini vurğulayırlar.
