İsrail Müdafiə Qüvvələrinin (CAXAL) yaydığı məlumata əsasən, bu gün (cümə axşamı) Bəyit-Lid qovşağında baş vermiş avtomobil hücumu nəticəsində iki hərbçi orta dərəcəli, altı nəfər isə yüngül xəsarət alıb.
KONKRET.az xəbər verir ki, zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və ailələrinə məlumat verilib.
İsrail KİV-nin yazdığına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun şəxsiyyəti hələlik açıqlanmayıb.
Natiq Səlim,
KONKRET.az