İsrailin Dövlət Nəzarət Komitəsinin sədri Mickey Levy (Yesh Atid) baş nazir Benyamin Netanyahunu istefaya çağırıb.
KONKRET.az “JPost” agentliyinə istinadən xəbər verir ki, İsrail iqtisadi fəlakətlə üz-üzədir.
Levi baş naziri şəxsi mənafeyini İsrailin rifahından üstün tutduğuna görə tənqid edib: “O, ancaq özü haqqında düşünür. Onun bütün hərəkətləri özünün sağ qalmasına yönəlib və dövlətin rifahı üçün verdiyi qərarlardan qat-qat üstündür”.
O, hətta Likud partiyası daxilində də Netanyahunun davranışından geniş narazılığın olduğunu iddia edərək, onun partiyaya ciddi ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, Netanyahu bu qədər böyük uğursuzluqdan sonra baş nazir qala bilməz. Dövlət büdcəsi ilə bağlı narahatlığını bildirən Levi onu vəsaitləri lazımsız məqsədlər üçün “talamaqda” ittiham edib. Levi 2024-cü il büdcəsinin İsrailin iqtisadi vəziyyətini pisləşdirəcəyini, gələcək nəsilləri keçilməz borclarla boğacağını proqnozlaşdırıb. O, xəbərdarlıq edib ki, İsrailin ÜDM-i azalacaq, kəsir çoxalacaq və xarici borc artmağa davam edəcək. Mickey Levy lazımsız hesab etdiyi ən azı 10 nazirliyin bağlanmasını təklif edib.
Vəli Həsənov,
KONKRET.az