İsraildə COVID-19-a qarşı hazırlanan “Paxlovid”in istifadəsinə icazə verildibackend

İsraildə COVID-19-a qarşı hazırlanan “Paxlovid”in istifadəsinə icazə verildi

İsrail Səhiyyə Nazirliyi ABŞ-ın Pfizer şirkəti tərəfindən COVID-19-a qarşı hazırlanan “Paxlovid” dərmanından ölkədə istifadəsinə icazə verib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq Səhiyyə Nazirliyi ilə Pfizer şirkəti arasında “Paxlovid”in alınması ilə bağlı müqavilə imzalanıb və yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir.

Qeyd edək ki, “Paxlovid” yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*