İsraildə ƏMƏLİYYAT: İran casusları SAXLANILDI backend

İsraildə ƏMƏLİYYAT: İran casusları SAXLANILDI 

İsrailin təhlükəsizlik orqanları, polis və Daxili Təhlükəsizlik Xidməti (Şinbet) dünən Rana şəhərində yaşayan bir cütlüyü İrana casusluq etməkdə şübhəli bilərək saxlayıb.

KONKRET.az xəbər verir ki, əməliyyat zamanı bir neçə mobil telefon, kompüter və digər elektron qurğular götürülüb.

Aparılan istintaq nəticəsində cütlüyün İranla əlaqəli şəxslə yazışmaları da üzə çıxıb.

Bu, İsrailin son 24 saat ərzində İrana casusluq ittihamı ilə həyata keçirdiyi ikinci həbsetmə əməliyyatıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*