İsraildə ən qədim Kənan yazısı AŞKARLANDIbackend

İsraildə ən qədim Kənan yazısı AŞKARLANDI

İsrail və ABŞ arxeoloqları kənan dilində yazılmış ən qədim yazının şifrəsini açıblar.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yerusəlim Yəhudi Universitetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu yazı beş il əvvəl Laçiş xarabalıqları ərazisində qazıntılar zamanı aşkarlanmış fil sümüyü üzərində yazılıb.

“Bu, İsraildə tapılan kənan yazısının ilk nümunəsidir. Bu təxminən 3,7 min il əvvəl kənanlıların gündəlik həyatda əlifbadan istifadə etmələrin sübut edir”, – Yerusəlim Yəhudi Universitetinin professoru Yosef Qarfinkel deyib.

Məlumata görə, beş il əvvəl israilli tədqiqatçılar tərəfindən aşkarlanan fil sümüyü darağı üzərində həkk olunmuş yazı 17 simvoldan ibarətdir.

Qeyd edək ki, Kənan keçmişdə Finikiya və ona qonşu olan kiçik dövlətlərin ərazisində yerləşən Yaxın Şərqin tarixi bölgəsidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*