İsraildə etirazçılar parlament binasına daxil oldubackend

İsraildə etirazçılar parlament binasına daxil oldu

“Qüdsdə Knesset (İsrail parlamenti) binası qarşısında etiraz edən bir neçə nümayişçi binanın içinə daxil ola bilib”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Bu saatlarda Qüdsdə Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq keçirilir. Nümayişçilər Baş nazir Benyamin Netanyahuya, onun başçılıq etdiyi hökumətə və onun ölkənin məhkəmə sistemində təklif etdiyi islahatlara etiraz edirlər.

Etirazların geniş vüsət almasına səbəb məhkəmə sistemində islahatların dayandırılmasının lehinə açıq şəkildə çıxış edən müdafiə naziri Yoav Qalantın martın 26-da Netanyahu tərəfindən istefaya göndərilməsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*