Qəzza zolağından İsrailə bir gündə 469 raket atılıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd olunub ki, Qəzza zolağından atılan raketlərdən biri İsrailin cənubunda yaşayış binaları arasındakı həyətə düşüb.
Məlumata görə, İsrailin hava hücumundan müdafiə sistemləri 153 raketin qarşısını ala bilib.
İsrail Silahlı Qüvvələri isə Qəzza zolağında “İslami cihad” radikal qruplaşmasının 133 hədəfini vurub.
İqbal Rzayev,
KONKRET.az