İsrail-İran gərginliyinin 7-ci günündə İran İsrailə yenə raket hücumu edib. İran ordusunun İsraili vurmaq üçün istifadə etdiyi raketlərin üzərindəki rəsm diqqətdən yayınmayıb.
KONKRET.az bu barədə axar.az-a istinadən xəbər verir.
Məlumata görə, atılan raketlərin üzərində keçmiş HƏMAS lideri Yəhya Sinvar və Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın şəkilləri həkk olunub.
Qeyd edək ki, Yəhya Sinvar və Həsən Nəsrullah İsrail ordusu tərəfindən aparılan əməliyyatlarda həlak olublar.