“İsrailə qələbə üçün gedəcəyik” – Dario Frederikobackend

"İsrailə qələbə üçün gedəcəyik" - Dario Frederiko

“Neftçi”nin futbolçusu Dario Frederiko Avropa Liqasının III təsnifat mərhələsində Bakıda  “Bney Yehuda” ilə 2:2 hesabı ilə heç-heçə etdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

– Diqqətsizliyə görə 2 top buraxdıq. Rəqib bizi əks-hücumda yaxaladı. Komandamız əzmkarlıq nümayiş etdirdi. Sona qədər vuruşduq və bərabərliyə nail olduq.

– Rəqib hesabda 2:0 önə keçəndə qalib gələ biləcəyinizi düşünürdünüz?

– Əlbəttə. İlk hissənin sonlarına yaxın vurduğumuz qol bizə daha çox inam verdi.  Fasilədə baş məşqçimiz bir neçə taktiki dəyişikliklər etdi və tapşırıqlarını verdi. Vəziyyəti dəyişəcəyimizə inanmımız böyük idi, bunu bacardıq.

– Oyununuzun alınmamağı nə ilə bağlı idi?

– İnanmıram ki, öz oyunumu göstərə bilməyim. Bacardığım qədər komandaya kömək etməyə çalışıram. Son oyunlar hamı görür ki, “Neftçi” qalib gəlir. Axırıncı iki oyunda iki qola imza atmışam. Deməzdim ki, oyunumuz istənilən kimi alınmır.

– Bu gün komandaya kömək edə bildiniz?

– Əlbəttə, inanıram ki, köməyim dəydi. İlk qolda mənim zərbəmdən sonra top Monrozun qarşısına düşdü və qol vurdu. O qolda mənim də payım oldu.

– İsraildəki oyunda şansları necə hesab edirsiniz?

– Komandaya inamım böyükdür. Son oyunlar yaxşı çıxış edirik. Güclü komanda olduğumuzu göstərmişik. İsrailə yalnız qələbə üçün gedəcəyik. Öz futbolumuzu oynayacağıq. Buraxdığımız iki qol “Bney Yehuda”nın gözəl oyununa görə deyildi. Qolları öz səhvlərimiz ucbatından buraxdıq. Ona görə də İsraildə nəticənin bizim xeyrimizə olacağına inanıram.

– Mətbuatda “Bney Yehuda”nın Tula “Arsenal”ından daha zəif rəqib olduğu barədə yazılanlar sizi arxayınlaşdırmırdı?

– Deməzdim ki, sosial şəbəkələr və mediada verilən şərhlər bizə əks təsir etsin. İndiki zamanda futbolda zəif və güclü komanda anlayışı yoxdur. Bəzən zəif sayılan komanda güclüyə qalib gəlir.  Bu da futbolçuların əzmkarlığından asılıdır. Bunların təsir etdiyini deməzdim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*