Qəzza zolağının tam işğalı və idarə olunması İsrailə illik təxminən 10 milyard dollara başa gələ bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Yerusəlimdəki Yəhudi Universitetinin iqtisadiyyat professoru Esteban Klorun hesablamalarına istinadən bildirilib.
Klora görə, xərclərin əsas hissəsi İsrail hərbçilərinin Qəzza ərazisində saxlanılması və mülki və kommunal xidmətlərin fəaliyyətinin təmin olunması ilə bağlı olacaq.
Ümumilikdə, bu xərclər İsrailin ümumi daxili məhsulunun (ÜDM) təxminən 2%-ni təşkil edəcək.
Bununla yanaşı, ekspert vurğulayıb ki, İsrailin büdcəsində bu həcmdə sərbəst maliyyə vəsaiti yoxdur, və bu məbləği qısa müddətdə tapmaq da çətin olacaq.
Qeyd edək ki, hesablamalara Qəzzada dağıdılmış infrastrukturun bərpası üçün tələb olunacaq vəsait daxil edilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az