İngiltərənin müxalifətdə olan İşçi Partiyası Qrem Consun İsraillə bağlı fikirlərinə görə parlamentə namizədliyini dayandırıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Cons keçən il Lankaşirdə qatıldığı partiya toplantısında İsraillə bağlı verdiyi açıqlamalara görə inzibati istintaq çərçivəsində partiyadan uzaqlaşdırılıb. İşçi Partiyası isə 2010-2019-cu illər arasında millət vəkili olan Consun iclasda istifadə etdiyi və namizədliyinin dayandırılmasına səbəb olduğu iddia edilən açıqlamalarla bağlı reaksiya verməyib.
“Guido Faukes” internet saytı Consun İsrailə qarşı təhqiramiz ifadələrini və İsrail ordusunda döyüşən ingilis əsgərlərin həbs edilməsi tələbini əks etdirən səsyazısını dərc edib. Audioyazıda Consun belə dediyi eşidilir: “Heç bir ingilis başqa ölkə üçün döyüşməməlidir. Bu qanunaziddir və kim döyüşürsə, həbs olunmalıdır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az