“İsrailin atom bombası var, biz müvafiq orqanlara şikayət etmişik” – Ərdoğanbackend

“İsrailin atom bombası var, biz müvafiq orqanlara şikayət etmişik” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin atom bombasının olmasını ölkəsinin təhlükəsizliyinə təhdid hesab edir.

KONKRET.az xəbər verir ki, o, bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında və Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) çıxış edəcək.

“İsrailin atom bombası var, biz müvafiq orqanlara şikayət etmişik və bunu davam etdiririk. Türkiyə də daxil olmaqla, bütün regionun təhlükəsizliyini təhdid edən bu məsələ ilə bağlı həm BMT Təhlükəsizlik Şurasında, həm də MAQATE-də təşəbbüs göstərəcəyik”, – deyə Ərdoğan bildirib.

Müharibə başlayandan sonra Türkiyə lideri İsraili terror dövləti adlandırıb. İsrailin baş naziri Binyamin Netanyahu isə Ərdoğanı HƏMAS-a verdiyi yardıma görə terroru dəstəkləməkdə ittiham edib.

Qeyd edək ki, noyabrın 4-də Türkiyə İsraildən səfirini geri çağırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*