İsrailin Baş naziri qızının koronavirusa yoluxması səbəbindən özünü təcrid etdibackend

İsrailin Baş naziri qızının koronavirusa yoluxması səbəbindən özünü təcrid etdi

İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.

KONKRET.az xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus “RİA Novosti”yə bildirib.

“Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib”, – Yonatan-Leus vurğulayıb.

Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir.

Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*