İsrailin Beyruta zərbələri: Ölənlərin sayı 37-yə çatdıbackend

İsrailin Beyruta zərbələri: Ölənlərin sayı 37-yə çatdı

İsrailin hava hücumu nəticəsində Beyrutda ölənlərin sayı 31-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad məlumat yayıb.

Onun sözlərinə görə, həlak olanlar arasında 3 uşaq və 7 qadın da var.

Qeyd edək ki, İsrail sentyabrın 20-də Beyrutun cənubuna zərbələr endirib. Zərbələr nəticəsində Hizbullahın “Radvan” elit bölməsinin 6 komandiri öldürülüb. Hizbullah artıq hücumda hərəkatın xüsusi əməliyyatlar komandiri İbrahim Aqilin öldürüldüyünü təsdiqləyib.

***

İsrail ordusunun Beyrutun cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*