İsrailin Ermənistandakı səfiri genosid sözünü işlətmədi, ermənilər narazı qaldıbackend

İsrailin Ermənistandakı səfiri genosid sözünü işlətmədi, ermənilər narazı qaldı

Konkret.az Ermənistan mediasına istinadən xəər verir ki, İsrailin Ermənistana yeni təyin olunmuş səfiri Eliav Beloçerkovskiy 1915-ci il hadisələri ilə bağlı erməni jurnalistin suallarını cavablandırarkən bildirib ki,  “Bu, qorxunc bir faciədir, 20-ci əsrin və bəşər tarixinin ən böyük ölümcül cinayətlərindən biridir. Yəhudilər, xüsusilə də İsraildə yaşayan insanlar bu məsələyə qarşı aktivdir. 1915-ci il hadisələri İsrail parlamentində də dəfələrlə müzakirə edilib”. Səfir İsrailin müstəqiliiyinin 71-ci ildönümü ilə bağlı Ermənistanda təşkil etdiyi rəsmi qəbulda verdiyi açıqlamada qeyd edib ki, İsrail Türkiyədə əsrin əvvəllərində baş verən hadisəni genosid kimi tanımayıb. Diplomat qeyd edib ki, bu tarixi daha dərindən araşdırmaq və müzakirə etmək lazımdır ki, belə hadisələr bir daha təkrarlanmasın.

Erməni jurnalistin “Azərbaycanla İsrailin yaxın münasibətləri Ermənistanla əməkdaşlığa maneə törətməyəcək?” sualına səfir belə cavab verib ki, İsrail öz maraqlarına uyğun olaraq bir çox ölkələrlə diplomatik əlaqələrə malikdir və bu münasibətlər müxtəlif komponentlərdən ibarətdir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*