İsrailin Fələstini məhv etmək planına İran belə REAKSİYA VERDİbackend

İsrailin Fələstini məhv etmək planına İran belə REAKSİYA VERDİ

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi ABŞ rəsmilərinin Qəzzaya nəzarəti ələ keçirməsi və anklavda yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsi ilə bağlı son bəyanatlarını “heyrətləndirici addım” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Baqayi qeyd edib ki, bu bəyanatlar “İsrailin Fələstini məhv etmək planına uyğundur”.

İranlı diplomat beynəlxalq ictimaiyyəti və BMT-ni bu cür bəyanatları kəskin şəkildə pisləməyə çağırıb.

O vurğulayıb ki, bütün dövlətlər Fələstin xalqına dəstək verməlidir.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*