İsrailin müdafiə naziri ETİRAF ETDİ: “Xomenei bunkerdə gizlənərək…”backend

İsrailin müdafiə naziri ETİRAF ETDİ: “Xomenei bunkerdə gizlənərək...”

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, baş nazir Benyamin Netanyahu ilə birlikdə İran ərazisindəki strateji və hökumət obyektlərinə qarşı hücumların intensivliyinin artırılması barədə İsrail Müdafiə Ordusuna (CƏXAL) göstəriş verilib.

KONKRET.az bildirir ki, Katz Xomeneini qorxaq adlandırıb:

“Qorxaq İran diktatoru özünü qorunan bunkerdə gizlədərək İsrailin xəstəxanalarına və yaşayış binalarına atəş açır. Bu, ən ağır hərbi cinayətlərdən biridir və Xomenei öz cinayətlərinə görə cavab verəcək,” – deyə Kaatz bildirib.

Nazir əlavə edib ki, hədəf xüsusilə Tehrandakı hökumət strukturları və İranın hərbi-strateji infrastrukturları olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*