İsrailin ŞOK PLANI: Fələstinliləri Qəzzadan çıxarmaqla yanaşı, həm də…”backend

İsrailin ŞOK PLANI: Fələstinliləri Qəzzadan çıxarmaqla yanaşı, həm də..."

Rusiya İsraillə HƏMAS arasında razılaşmanın icrasının ikinci mərhələsində problemlər olduğuna dair siqnallar alır.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Valday Beynəlxalq Diskussiya Klubunun XIV Yaxın Şərq Konfransında deyib.

“Biz artıq ikinci mərhələ ilə bağlı problemlərin başladığına dair siqnallar alırıq. Çünki İsrailin hakim dairələri HƏMAS-ın birinci mərhələdə öhdəliklərini yerinə yetirməsindən tam razı deyil. Biz heç nəyi istisna etmirik. İsrail İordan çayının qərb sahilində hərbi əməliyyatlarını davam etdirir. İsrailin planlarına fələstinliləri Qəzza zolağından çıxarmaqdan əlavə, İordan çayının şimal-qərb sahilinə tam nəzarəti ələ keçirmək də daxildir. İsrailin planları Livan ərazisində və təbii ki, Suriyanın Colan təpələrində qalmaqdır”, – deyə Lavrov vurğulayıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*