ABŞ Ordusu Livanda İsrail və Hizbullah arasında atəşkəsin icrasına nəzarət etmək üçün müşahidəçi təyin edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. ABŞ Xüsusi Əməliyyatlar Komandanlıq Mərkəzindən general-mayor Jasper Ceffers atəşkəs mexanizminə nəzarət etmək üçün Beyruta gedib. Ceffers ABŞ-nin İsraildəki səfiri Amos Hokşteynlə birlikdə çalışacaq. Hesabatda qeyd edilir ki, müşahidə missiyasına ABŞ rəhbərlik edəcək. Bura Livan və İsrail hərbçiləri, həmçinin BMT və Fransa sülhməramlıları da daxildir.
Vəli Həsənoğlu,
KONKRET.az