İsrailli jurnalistin bu fikirləri gündəmi darmadağın etdi: Növbəti hədəf TÜRKİYƏDİR?backend

İsrailli jurnalistin bu fikirləri gündəmi darmadağın etdi: Növbəti hədəf TÜRKİYƏDİR?

Yaxın Şərqdə İran və İsrail arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxtda, İsrail tərəfindən səsləndirilən qalmaqallı açıqlama yeni gərginlik dalğası yaradıb. İsrailli jurnalist və keçmiş futbolçu Eyal Berkoviç, İsrailin növbəti hədəfinin Türkiyə olacağını eyhamla bildirib.

KONKRET.az xəbər verir ki, Kanal 13 televiziyasında çıxış edən Berkoviç bölgədəki hərbi qarşıdurmaları futbol dili ilə şərh edərək, “1/4 finalda Həmas ilə bərabərə qaldıq, onları penaltilərlə məğlub etdik. Yarımfinalda İrana qalib gəldik. Türkiyə finaldadır” ifadəsini işlədib. O, bu fikirləri “zarafat” adlandırsa da, səsləndirdiyi mesaj sosial mediada və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.

Xatırladaq ki, İsrailin İrana hücumu ilə alovlanan qarşıdurmanın altıncı günündə tərəflər arasında qarşılıqlı raket atışmaları qeydə alınıb. Qəzza zolağındakı əməliyyatlardan sonra İranın cavab zərbələri ilə eskalasiya daha da dərinləşib. Belə bir şəraitdə Berkoviçin Türkiyə barədə dedikləri vəziyyətin daha da mürəkkəbləşə biləcəyinə dair narahatlıqları artırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*