İşsiz tibb işçilərinə ŞAD XƏBƏRbackend

İşsiz tibb işçilərinə ŞAD XƏBƏR

Hazırda işsiz olan tibb işçiləri sertifikasiya imtahanında iştirak edə bilərlər.

KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini, diplom və ya ixtisas şəhadətnaməsini, əmək kitabçasını və ya kadrlar şöbəsində təsdiq edilmiş surətini Sertifikasiya Şurasının inzibati binasına təqdim edərək buraxılış vərəqəsini əldə edə bilərlər.

Qeyd edək ki, sertifikasiya imtahanına hazırlıq məqsədilə Sertifikasiya Şurasının inzibati binasında həftənin 5-ci günləri saat 14.00-da bütün ali və orta tibb ixtisasları üzrə sınaq imtahanları keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*