Azərbaycanda işaxtaran şəxslərə onlayn qaydada uyğun vakansiya təqdim ediləcək. İşçi götürmək istəyən şəxslərə isə axtarılan kriteriyalara uyğun işçi təklif olunacaq.
KONKRET.az xəbər verir ki, bu, “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) yaxın vaxtlarda istifadəyə veriləcək yeni funksiyasında mümkün olacaq.
Bu platforma tarazlığı təmin edəcək, müraciət edənlər öz təhsil və peşəsinə uyğun işə yönləndiriləcəklər.
ƏMAS-da müxtəlif sahələr üzrə vakansiyalar qeydiyyata alınır, işsiz və işaxataran şəxslərin peşə bacarığı, təcrübəsi, təhsili və dgər bacarıqları qeyd olunur. Bundan sonra iş yerinə uyğun namizədlər işəgötürənə göstərilir.
ƏMAS-da ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalının mövcudluğu işsiz və işaxtaranlar üçün uyğun işlərin tapılmasına kömək edir, ən uyğun biznes istiqamətinin innovativ həllərlə seçiminə imkan verir. Vakansiya bankı işaxtaran və işsiz şəxslərin əmək bazarından gözləntilərinin, bilik bacarıqlarının, sosial imkanlarının sistemdə olan vakansiya tələbləri ilə avtomatik eyniləşdirmə (matching) funksiyası vasitəsi ilə qarşılıqlı uyğunluğunun tapılmasına imkan verir.
Nagillar hele de davam edir
Boş nagıldı.Camahati aldatmayın.iki gün əvvəl dost mərkəzinə müraciət etmişdim.Yola verdilər.nə iş hansı işdən danışırsız?
Mənim ixsasım müalicə işi di 15 il iş stajı olan mən evdə qalmışam naziri sahil Babayev Şəki məşğul müdürnə dedi ki iş dedi ki narahat olmayın nazır sabah iş verəcəyik nə ki nazir şəkildən görüşdən getdi Şəki məşğulluq müdiri dedi sizə iş yoxdu nəysə nekə ildir gedirəm məşğuluq mənə iş vermədi
İnsanlarin sadəlitindən inami ilə oynayib yalanlar utduranlar boş boşuna vədlər verib onlari ümidləndirənlər hələ də əfsuslar kihələ də cəzalanmirlar. Xalqin Millətin qururu ilə oynayanlar cəzalarini paylarini gec ta tez alacaqlar əgər yerlipərəslik qohumbazliq olmasaydı bu işlər bu həddə catmazdi !
Hər kəs öz hüquqlarini bilməli ve maarifləndirilməlidir ku haqsizliq bu həddə catmazdi
Ümid edirəm, həqiqətən doğru işləyəcək bir sayt və ya alt sistem olar, beləliklə dövlət portalında işsiz kimi 2 ildən artıqdır ki, iş tapmayan təhsilli və ya orta təhsilli vətəndaşlar yararlanacaqlar.
Yazılmış şərhlərin böyük əksəriyyətinə baxdıqda,necə savadsız yazıldığını görürəm və nəticə etibarı ilə məndə belə bir fikir yaranır ki,bəzi şəxslərin gileyləndiyi,iddia edilən pozissiyaya uyğunluq səviyyəsinin son dərəcə aşağı olması səbəbindən işsizlikləri olduğca normaldır.
*Qeyd:-Bu,mənim subyektiv fikrimdir.