İşsizlik müavinətləri artırıldı – Putin rusiyalıları sevindirdibackend

İşsizlik müavinətləri artırıldı – Putin rusiyalıları sevindirdi

Rusiya Prezidenti Vladimir Putin işsizlik müavinətlərinin 8 mindən 12 min 130 rubla qədər artırılmasını təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, Rusiya vətəndaşlarına televiziya müraciəti zamanı deyib.

“İş itkisi ilə üzləşənlərə dəstək olmalıyıq. İndi işsizlik müavinətinin maksimum ödənişi ayda 8 min rubl məbləğində məhdudlaşır. Mən bunu minimum əmək haqqı səviyyəsinə, yəni 12 130 rubla qədər artırmağı təklif edirəm” deyib.

Bundan əvvəl, Rusiya Federasiyasının Prezidenti gələn həftəni qeyri-iş həftəsi elan edib.

İstirahət günləri 28 mart şənbə günündən 5 aprel bazara qədər davam edəcək.

Babək Göyüş

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*