İstanbul derbisində dava – VİDEObackend

İstanbul derbisində dava – VİDEO

Türkiyə Kubokunun 1/4 final mərhələsində keçirilən “Fənərbaxça” – “Qalatasaray” oyununda futbolçular və texniki heyət arasında dava düşüb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Mert Müldürlə rəqib futbolçu Viktor Oşimen mübahisə edib.

Hakim aranı sakitləşdirsə də, Barış Alper Yılmaz meydandan çıxarkən ara yenidən qarışıb.

“Fənərbaxça”nın ehtiyat oyunçular skamyasının qarşısında tərəflər bir-birinə girib. Ehtiyat oyunçular skamyasındakı futbolçular və texniki heyət də davaya ortaq olub. Nəticədə hakim 4 qırmızı vərəqə göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*