İstanbul görüşü ilə bağlı YENİ MƏQAMLAR: “Putin və Tramp çalışır ki…”backend

İstanbul görüşü ilə bağlı YENİ MƏQAMLAR: "Putin və Tramp çalışır ki..."

“Rusiya ilə ABŞ diplomatlarının son günlər bir araya gəlməsi və bəzi məsələləri müzakirə etməsi dünyanın diqqət mərkəzindədir. Səudiyyə Ərəbistanında baş tutan görüşün ardınca İstanbuldakı görüş əsasən Ukrayna münaqişəsi ilə bağlıdır”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun fikirincə, İstanbul danışıqlarını Ər-Riyad görüşünün davamı kimi qiymətləndirmək olar:

Məhəmməd Əsədullazadə: "ABŞ Talibana qarşı sanksiyaları genişləndirəcək”

“Böyük ehtimalla ikitərəfli siyasi əlaqələrin inkişaf etdirilməsi və ən başlıcası Ukrayna məsələsi müzakirə olunacaq. Düzdür, tərəflər deyirlər ki, gündəlikdə Ukrayna münaqişəsinin müzakirəsi dayanmır. Amma nə qədər deyilsə də, böyük ehtimalla tərəflər arasında mühüm texniki detallar da müzakirə mövzusu olacaq. Atəşkəsin əldə olunmasından tutmuş, Rusiyanın hansı məsələdə güzəştə gedə bilməsinə qədər detallar götür-qoy ediləcək. ABŞ-ın müəyyən təklifləri var. Bu istiqamətdə Zelenskinin getməsiylə bağlı ortaq mövqeləri mövcuddur. Artıq Zelenskinin legitimliyi də danışıqlar masasında müzakirə mövzusu deyil. İstanbulda atəşkəs, sülh müqaviləsi, Rusiyanın hansı ərazilərdən geri çəkilməsi müzakirə mövzusu olacaq. Özlüyündə götürəndə, Rusiya ilə ABŞ arasında davam edən dialoqun Ukraynayla bağlı müəyyən müsbət təsirləri olacaq. Təbii ki, bütün bunlar Ukraynanın Avropa vasitəsi ilə ABŞ-a qarşı təzyiqlərindən irəli gəlir. Amma ümumi götürdükdə ABŞ çalışır ki, Rusiyanı Çindən ayırsın. Ümumi danışıqlar gedir və düşünürəm ki, belə görüşlər Putin və Tramp arasında danışılara bir növ hazırlıq xarakteri kimi də dəyərləndirilə bilər. Amma ümumi götürdükdə İstanbul görüşündə konkret nəticəyə gəlmək mümkün deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*