İstanbul sahillərində dəniz geri çəkilib.
KONKRET.az xəbər verir ki, Silivri bölgəsində dəniz suyunun geri çəkilməsindən sonra sahildə kiçik adalar əmələ gəlib.
Məlumata görə, dəniz sahildən təxminən 100 metr geri çəkilib. Hadisə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.
Ekspertlər deyir ki, suyun geri çəkilməsinə səbəb güclü külək olub.
“Küləklər sahillərdə suyun səviyyəsinə təsir edə bilər. Güclü və uzun müddətli küləklər suyu açıq dənizə doğru çəkərək suyun səviyyəsini azalda bilər. Digər tərəfdən isə suyu sahilə doğru itələyib dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər. Şimal küləkləri Silivridə suyu götürüb Bandırma istiqamətində aparır. Çox güman ki, Bandırma tərəfində suda artım olub”, – ekspertlərdən biri deyib.
KONKRET.az