İstanbulda müəmmalı qətl: Üzərində rus dilində qeyd olan cəsəd tapıldıbackend

İstanbulda müəmmalı qətl: Üzərində rus dilində qeyd olan cəsəd tapıldı

İstanbulda meşəlik ərazidə yol kənarında başına qara torba keçirilmiş kişi cəsədi aşkarlanıb. Meyitin üzərində rus dilində yazılmış qeyd tapılıb.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə istinadla xəbər verir.

Gənc kişiyə aid meyitin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.

Hadisə yerində aparılan ilkin ekspertiza və prokurorun iştirakı ilə həyata keçirilən araşdırmadan sonra cəsəd Məhkəmə Tibb Ekspertizası Qurumuna təhvil verilib.

Faktla bağlı istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*