İstanbulda qasırğa xəbərdarlığı verildibackend

İstanbulda qasırğa xəbərdarlığı verildi

Bazar günü İstanbulda sürəti saatda 110 kilometrə çatan qasırğa proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə şəhərin valisi Davud Gül bildirib.

“İstanbulda yağıntılar bazar günü də davam edəcək. Külək şəhərin şimal və şimal-qərb hissələrində güclənəcək, sürəti saatda 90-110 kilometrə çatan qasırğa gözlənilir”, – D.Gül qeyd edib.

İstanbulun meri Əkrəm İmamoğlu isə bildirib ki, əlverişsiz hava şəraitinin yaratdığı fövqəladə vəziyyətlə bağlı şəhər rəhbərliyi lazımi tədbirlər görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*