İstanbulun 50 günlük su ehtiyatı qalıb – XƏBƏRDARLIQbackend

İstanbulun 50 günlük su ehtiyatı qalıb - XƏBƏRDARLIQ

Türkiyənin ən böyük şəhəri olan İstanbulda 50 günlük su ehtiyatı qalıb.

KONKRET.az xəbər verir ki, RİA Novosti-nin hesablamalarına görə, İstanbul şəhərini su ilə təmin edən anbarlarda su ehtiyatının səviyyəsi cümə axşamı günü 18%-ə düşüb və bu həcm yağış yağmasa 50 gün kifayət edəcək.

Su Ehtiyatları və Kanalizasiya İdarəsinin cümə axşamı verdiyi məlumata görə, İstanbulda su anbarlarının doluluq nisbəti 18,07% təşkil edir. Aprel ayından bəri su anbarlarındakı ehtiyatlar davamlı olaraq 48,5%-dən aşağı düşüb.

16 milyondan çox əhalisi olan şəhər gündə təxminən 3,1 milyon kubmetr su istehlak edir.

Departament vətəndaşları suya qənaət etməyə çağırır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*