İstefa verən Baş nazir Abenin kiçik qardaşı Yaponiyanın müdafiə naziri olacaqbackend

İstefa verən Baş nazir Abenin kiçik qardaşı Yaponiyanın müdafiə naziri olacaq

Vəzifəsindən istefa verən Yaponiya Baş naziri Şinzo Abenin kiçik qardaşı Nobyo Kişi ölkənin yeni müdafiə naziri olacaq.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Kyodo xəbər agentliyi yayıb.

Çərşənbə günü parlament səsverməsindən sonra Yaponiyanın əsas hakim Liberal Demokrat Partiyasının sədri Yosixide Suqanın yeni hökumət başçısı olacağı və eyni gündə bir kabinet qurulacağı gözlənilir.

Kyodoya görə, müdafiə naziri təyin ediləcək Nobyo Kişi əvvəllər Yaponiya xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

Xarici işlər naziri Tosimitsu Moteqi və maliyyə naziri Taro Aso Suqi hökumətindəki vəzifələrini qoruyacaqlar.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*